Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon ərazisində son günlər yağan intensiv yağışlar nəticəsində yaranmış sel sularının zərər vurduğu avtomobil yollarına və yol qurğularına baxış keçiriblər.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı agentliyin sədri S.Məmmədov yollarda hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması, yol qurğularının bərpası istiqamətində işlərin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər baş tutub
MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq elmi konfrans keçirilib
Qaxda qızılcaya yoluxan azyaşlılar həkim nəzarətindədir - REPORTAJ VİDEO
Həkim: Qızılcaya yoluxan tovuzlu bacı-qardaş evə buraxılıb VİDEO