Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov sentyabrın 26-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Görüşdə vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq və əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-769-30-30) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Masallıda şəhər ərazisindən avtomat tapılıb
Lənkəranda 60 yaşlı qadın ana olub
Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj
GDU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib
Həkim–epidemioloq: Sumqayıtda noyabrın əvvəlindən bəri 135 nəfərə qızılca diaqnozu qoyulub