Ukraynalı ekspert: Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasına əsası var idi
Kiyev, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun Qarabağda antiterror tədbirlərinə başlaması qaçılmaz idi.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın siyasi eksperti Dmitriy Voronkov söyləyib.
O qeyd edib ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasına əsası var idi. Bu da ondan ibarətdir ki, Azərbaycan Qarabağda bütün əraziləri nəzarətə götürməlidir.
“Ermənistan çətin vəziyyətə düşüb, çünki Azərbaycan Ermənistanla müqayisədə hərbi cəhətdən güclüdür. Azərbaycan Ordusu hərbi baxımdan çox inkişaf edib. Digər tərəfdən Ermənistanın daxilində ictimai-siyasi vəziyyət gərgindir, artıq etiraz aksiyaları başlayıb. Əgər Ermənistan rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu tapmasa, daxili auditoriya üçün əsaslandırma gətirə bilməsə, vətəndaş müharibəsi də qaçılmaz ola bilər”, - deyə Dmitriy Voronkov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY
Britaniyanın Moskvadakı səfiri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb