Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiqləyib
Bakı, 20 sentyabr, AZƏRTAC
Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Diplomat qeyd edib: “Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq. Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir”.
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY
Britaniyanın Moskvadakı səfiri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb