×
A
A
A
Sazlamalar

Vladimir Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümidvar olduğunu bildirib

Moskva, 20 sentyabr, AZƏRTAC

Moskva rəsmi İrəvan və Bakı ilə sıx təmasdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşü əsnasında bildirib.
RF Prezidenti qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda bütün tərəflərlə fəal iş aparır.
Vladimir Putin deyib: “Ümidvaram ki, biz gərginliyin azaldılmasına və bu problemin həllinin sülh məcrasına yönəlməsinə nail olacağıq”.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-09-20 16:04:00