İcma: Avropa Şurasının bəzi rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatlarını qınayırıq
Bakı, 20 sentyabr, AZƏRTAC
Biz Qərbi Azərbaycan İcması olaraq Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur.
“Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına göz yuman, Azərbaycanın təkidli müraciətlərinə cavab olaraq, Avropa Şurasının bu məsələ ilə məşğul olmadığını bildirənlər indi nədənsə Azərbaycanın qanuni tədbirləri ilə bağlı narahat olmağa başlayıblar.
Biz Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”, - deyə açıqlamada vurğulanıb.
GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY