Erməni silahlılarının könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır
Bakı, 20 sentyabr, AZƏRTAC
Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları pərakəndə şəkildə, təşviş içində döyüş mövqelərini tərk edirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
“Ordumuzun texniki vasitələrinin, eləcə də müşahidə vasitələrinin nəzarəti altında həmin şəxsi heyətin geriyə çəkilməsi və könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılır. Onlara bu halda heç bir zərbə endirilməyib”, - deyə A.Eyvazov qeyd edib.
Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür
Ziyafət Əsgərov: Hərbi qulluqçuların xidmətkeçmə müddətində dəyişiklik nəzərdə tutulur
Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib VİDEO