×
A
A
A
Sazlamalar

Prezident Administrasiyası: Sentyabrın 21-də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

Siyasət 2023-09-20 13:06:00