×
A
A
A
Sazlamalar

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb

Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
AHF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, qadınlar arasında Avropa Kubokunun ikinci mərhələsində Türkiyənin “Ankara Yenimahalle BSK” və Niderlandın “Veneso Velo” komandaları arasında keçiriləcək matçda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 23-də Ankaranın “Qazi Mustafa Kamal Atatürk İdman Kompleksi”ndə oynanılacaq qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək.

İdman 2023-09-19 19:22:00