Anar Eyvazov: Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir
Bakı, 19 sentyabr, AZƏRTAC
Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, bunu brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib VİDEO
Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib VİDEO
Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub VİDEO
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO