Ucarda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 19-da Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini anıblar.
Görüşə gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi, dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
SHXÇDX-nin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir
Şərqi Zəngəzurda fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılır