×
A
A
A
Sazlamalar

AVRO-2025: Basketbol üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Bakı, 19 sentyabr, AZƏRTAC

Qadın basketbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Yığmamız Belçika, Litva və Polşa kollektivləri ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək. Seçmə mərhələnin oyunlarına noyabrın əvvəlində start veriləcək.

 

 

İdman 2023-09-19 17:23:00