Anar Eyvazov: Son bir neçə ayda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması gərginliyin artmasına səbəb olub
Bakı, 19 sentyabr, AZƏRTAC
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin brifinqində Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Eyni zamanda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib VİDEO
Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib VİDEO
Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub VİDEO
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO