Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Həmçinin Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır