Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ICCROM təşkilatının böyük direktoru ilə görüşüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 45-ci sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) rəhbərliyi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşü giriş sözü ilə açan təşkilatın böyük direktoru Cozef Kinq Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkəmiz mədəni irsi ilə bağlı təəssüratlarını bölüşüb, yeni əməkdaşlıq imkanlarından danışıb.
Öz növbəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin rəhbəri, nazir müavini Səadət Yusifova səmimi sözlərə görə təşəkkürünü bildirərək Azərbaycan üçün mədəni irsin qorunmasının əhəmiyyətindən danışıb, restavrasiya və konservasiya ekspertlərini hazırlanması istiqamətində təşkilatın institusional dəstək mexanizmləri ilə maraqlanıb.
Görüşdə həmçinin ölkəmiz ilə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.
Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO
Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
Rabat Amerikan Məktəbində Mədəniyyət Günü: Azərbaycan zəngin irsi ilə fərqlənib
Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib
Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib