×
A
A
A
Sazlamalar

® “Ziraat Bank Azərbaycan” qadın sahibkarların öz şəxsi bizneslərini qurmalarına töhfə verdi

“Ziraat Bank Azərbaycan” sosialyönümlü layihələrin həyata keçirilməsi üzrə strategiyasına uyğun olaraq “Özünüməşğulluq proqramı” çərçivəsində müharibə iştirakçıları, şəhid ailəsi üzvləri və qadın sahibkarların öz şəxsi bizneslərini qurmaları üçün dəstəyini uğurla davam etdirir.
Bank bu dəfə müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 3 qadın sahibkara öz şəxsi bizneslərini qurmalarına dəstək olub. Belə ki, Suraxanı rayon sakini, qadın sahibkar A.Qafarova və Sumqayıt şəhər sakini, şəhid ailəsinin üzvü F.İsmayılova təlim-tədris, Qaradağ rayon sakini, qadın sahibkar N.Əliyeva isə un məmulatları avadanlıqları ilə təmin olunaraq, öz ailələrini maddi cəhətdən təmin etmək üçün imkan əldə ediblər.

“Özünüməşğulluq proqramı” “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bu günədək “Ziraat Bank Azərbaycan” Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və s. bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza şəxsi bizneslərinin qurulmasında öz töhfəsini verərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, LinkedinYoutube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

İqtisadiyyat 2023-09-19 16:19:00