Qazaxıstan taxıl ixracını azaldacaq
Bakı, 19 sentyabr, AZƏRTAC
Qazaxıstan bu il aşağı məhsuldarlıq səbəbindən taxıl ixracını azaldacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov mətbuat konfransında deyib.
“Məhsuldarlığın azalması səbəbindən ixrac potensialımız aşağı düşəcək. Lakin ixraca yönəldilməsi planlaşdırılan taxıl həcmi ənənəvi bazarlarda mövqeyimizi qorumaq üçün kifayət edəcək”, - deyə nazir bildirib. Onun sözlərinə görə, 2023-cü ildə Qazaxıstanda 16 milyon ton dənli bitkinin yığılacağı gözlənilir. Bu həcm daxili tələbatı tam ödəməyə və ənənəvi bazarları saxlamağa imkan verir. 2023/2024-cü illər üçün kənd təsərrüfatının ixracı proqnozu 6 milyon tondur.
İndiyə qədər Qazaxıstanda 6,9 milyon hektarda dənli bitkilərin biçini başa çatdırıb ki, bu da taxıl əkini sahələrinin 40 faizidir.
2021/2022-ci kənd təsərrüfatı ilində respublika 9,1 milyon ton taxıl və un ixrac etmişdi.
İsveçdə məsciddə güclü yanğın baş verib
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb