Aqrar Xidmətlər Agentliyinin sədr müavini Hacıqabulda vətəndaşlarla görüşüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsini müvəqqəti icra edən Cəfər Məhərrəmov sentyabrın 19-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən traktor və lazer tipli malanın operativ lizinqə verilməsi, taxılyığan kombaynın güzəştli şərtlərlə alınması, suvarmada yaranan çətinlik, işlə təminat və digər məsələlərlə bağlı olub.
AXA-nın sədr müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Cəfər Məhərrəmov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb
Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib
Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib
Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib