Astarada çayın daşması nəticəsində dağılan körpü təmir olunur
Astara, 19 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun Vaqo kəndində çayın daşması nəticəsində dağılan körpü təmir edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Rayon Fövqəladə Hallar Komissiyasının və Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən gün Astara rayonunun Vaqo kəndində sel sularının dağıtdığı, Pensər-Asxanəkəran-Toradi yolunu birləşdirən körpüdə təmir işlərinə başlanılıb.
Avtomobillərin müvəqqəti hərəkətini təmin etmək üçün əraziyə ağır texnikalar cəlb olunub, işlər davam etdirilir.
Vətəndaşların rahat hərəkətini təmin etmək üçün dünən axşam saatlarından müvəqqəti piyada körpüsü inşa olunub.
Şirvanda şəhid ailələri ziyarət olunub
Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralananlara tibbi yardım göndərilib FOTO
Cəlilabadda ağır yol qəzasında sürücü ölüb