Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.
AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı macarıstanlı Tamara Dollakla qarşılaşıb.
Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn A. Kolesnik bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan güləşçisinin üçüncü yer uğrunda görüşdəki rəqibi ABŞ-ı təmsil edən Cennifer Rocers olacaq.
“Qarabağ” “Qəbələ”yə qalib gələrək üçüncü pilləyə yüksəlib
Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar
Elçin Cəfərov: Yunan-Roma güləşçilərimizin qazandığı nəticələr möhtəşəmdir
“Səbail”in idman direktoru: Komandanın qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulmayıb