Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya məkanında, KİV-lərdə və sosial şəbəkələrdə mümkün təhdidlərə qarşı mübarizə” adlı layihə davam edir.
Bu barədə AZƏRTAC-a AİKTSA-nın İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov məlumat verib.
E.Abbasovun sözlərinə əsasən, layihə çərçivəsində media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib. Təlimdə jurnalistlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Layihə təkcə media nümayəndələrini əhatə etmir. Həmçinin bu layihə universitetlərdə, bələdiyyələrdə müxtəlif seqmentləri əhatə edən fərqli məkanlarda həyata keçirilir. Layihə, insanların internet məkanında, sosial şəbəkələrdə, həmçinin rəqəmsal mediada mümkün təhdidlərə qarşı özlərini müdafiə etmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Layihə çərçivəsində iştirakçılara analoji təcrübələr barədə məlumat verilir, İkinci Qarabağ müharibəsində baş vermiş faktlardan bəhs olunur. Həmçinin layihə kibergigiyena mövzusunu da əhatə edir. Layihə çərçivəsində bir sıra təlimlər keçiriləcək. Hazırda da təlimlər davam edir”, - deyə E.Abbasov əlavə edib.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır