Qaradağ Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir
Bakı, 19 sentyabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq “NEVA 2023” sərgisində öz stendi ilə təmsil olunur.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, sərgi iştirakçılarına Bakı Gəmiqayırma Zavodunun ümumi fəaliyyəti, həyata keçirilmiş layihələr barədə məlumat verilib, eyni zamanda, sərgi çərçivəsində müxtəlif işgüzar görüşlər təşkil edilib.
Görüşlərdə Bakı Gəmiqayırma Zavodunun gəmiçilik sahəsindəki qabaqcıl təcrübəsi, zavodun imkanlarının genişləndirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.
Sərgi sentyabrın 21-dək davam edəcək.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır