Astarada bir neçə kəndi birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb
Astara, 19 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.
Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
Cəlilabadda meşə ərazisinə keçən yanğın məhdudlaşdırılıb YENİLƏNİB-2 FOTO VİDEO
Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub