Paytaxtın müntəzəm avtobus marşrutlarına 2011 ədəd nəqliyyat vasitəsi çıxarılıb
Bakı, 19 sentyabr, AZƏRTAC
“28 May” metro stansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və daşıma imkanlarının artırılması məqsədilə paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilib.
Analoji tədbirlər “Koroğlu” metro stansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.
Bundan başqa, sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Ötən gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına 2011 ədəd nəqliyyat vasitəsi çıxarılıb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır