Cari ilin avqustunda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 788 vətəndaş müraciət edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 788 müraciət daxil olub.
AERA-dan AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 66-sı məlumat üçün olmaqla cəmi 708, təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat üçün olmaqla cəmi 54, istilik təchizatı ilə bağlı cəmi 1 müraciət üçün olmaqla cəmi 19, 2-si məlumat üçün olmaqla 7 müraciət isə digər məsələlərlə bağlı olub.
Qeyd edilib ki, 788 müraciətdən 271-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (8 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib. Bir müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 443 müraciət hazırda baxılma prosesindədir, 73 məlumat xarakterli müraciətdən 33-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub. Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 8 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 31 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə bir hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib. Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb. Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 72 nəzarət tədbiri keçirilib.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 58 nəzarət tədbiri keçirilib. Agentlik tərəfindən hesabat dövrü ərzində 27 müəssisədə 60 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib. 15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 272 müraciət qəbul edilərək icra edilib.
Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub
Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB
® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər