Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 19 sentyabr, AZƏRTAС
Sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs kimi tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Baş prokuror Londonda işgüzar səfərdədir
Parlamentin daha bir komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb
Sentyabrın 18-dən 24-dək Azərbaycanda COVID-19 əleyhinə 282 doza vaksin vurulub