Günərzi qayğı mərkəzinə cəlb edilən uşaqlar üçün əyləncəli oyunlar və gəzinti təşkil edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Lənkəranda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin xidmətlərinə cəlb edilən uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib.
“Gələcəyə Qayğı” regionların sosial-iqtisadi inkişafına dəstək İctimai Birlik tərəfindən icra olunan layihə çərçivəsində uşaqların ailə mühitindən ayrı düşmələrinin qarşısının alınması, onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təşkili istiqamətində yarımstasionar formada sosial xidmətlər göstərilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan 30 uşaq iştirak edib. Azyaşlıların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə onlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin şəhərin müxtəlif maraqlı yerlərinə gəzintilər təşkil olunub.
Qeyd edək ki, bu ilin may ayından icrasına başlanan layihə çərçivəsində 21 şəhər və rayonda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaçmaz, İmişli, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar) qurulan günərzi mərkəzlərdə 3-12 yaşarası çətin həyat şəraitində olan uşaqların sosial reabilitasiyası aparılır.
Baş prokuror Londonda işgüzar səfərdədir
Parlamentin daha bir komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb
Sentyabrın 18-dən 24-dək Azərbaycanda COVID-19 əleyhinə 282 doza vaksin vurulub