Erməni vandalizminə məruz qalmış Qaraxanbəyli qəbiristanlığı FOTO
Füzuli, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər... Ermənilərin vandalizm izlərinə 30 il Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmış Azərbaycan ərazilərinin hər addımında rast gəlmək olar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Füzuli rayonunda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Füzuli rayonunun Qaraxanbəyli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər dağıdılıb.
Ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.
Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış baş verib
Beyləqanda pambıq yığımına başlanılıb
Naftalanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib