Ali Məhkəmədə şagirdlər üçün “Açıq qapı” günü keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Məktəblilər növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Əhliman Xıdırov şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda məktəblilər xoş təəssüratlarını bölüşüblər.
Baş prokuror Londonda işgüzar səfərdədir
Parlamentin daha bir komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb
Sentyabrın 18-dən 24-dək Azərbaycanda COVID-19 əleyhinə 282 doza vaksin vurulub