×
A
A
A
Sazlamalar

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunları start götürəcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin matçlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutacaq.
E qrupunda Niderland “Feyenoord”u Şotlandiya “Seltik”ini, İtaliya “Latsio”su İspaniya “Atletiko”sunu qəbul edəcək.
F qrupunda İngiltərə “Nyukasl”ı İtaliyada “Milan”ın, Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransada PSJ-nin qonağı olacaq.
G qrupunda Almaniyanın “Leyptsiq” komandası İsveçrədə “Yanq Boyz”la, “Mançester Siti” isə İngiltərədə Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Nəhayət, H qrupunda İspaniya çempionu “Barselona” doğma meydanda Belçika “Antverpen”ini, Ukrayna “Şaxtyor”u isə Portuqaliyanın “Portu” komandasını sınağa çəkəcək.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
19 sentyabr

E qrupu
23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)
23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu
20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)
23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu
23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)
23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.

İdman 2023-09-19 10:44:00