“Qarabağ”- “Molde” oyununun hakimləri açıqlanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Norveçin "Mölde” klubuna qarşı keçirəcəyi ev oyununu idarə edəcək hakimlər açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim John Beatona Daniel McFarlane, Douglas Potter yardım edəcəklər.
Dördüncü hakim funksiyasını isə Matthyu MacDermid yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq.
“Qarabağ” “Qəbələ”yə qalib gələrək üçüncü pilləyə yüksəlib
Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar
Elçin Cəfərov: Yunan-Roma güləşçilərimizin qazandığı nəticələr möhtəşəmdir
“Səbail”in idman direktoru: Komandanın qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulmayıb