G7 ölkələrinin XİN başçıları noyabrda Yaponiyada görüşəcəklər
Bakı, 19 sentyabr, AZƏRTAC
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən danışıqlarda noyabrın 7-8-də Tokioda növbəti görüş keçirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Yoko Kamikava bildirib.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən danışıqlarda G7 ölkələrinin xarici işlər nazirləri bir daha Rusiyanın Ukraynadakı fəaliyyətini tənqid edib, Kiyevə hərtərəfli dəstəyi davam etdirmək barədə razılığa gəlib və taxıl sazişinin tezliklə bərpasının zəruriliyini qeyd ediblər.
İsveçdə məsciddə güclü yanğın baş verib
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb