Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi başlayır
Bakı, 19 sentyabr, AZƏRTAC
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi açılacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Fransisin və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin çıxışları ilə başlayacaq.
Bu tədbir ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən dövlət başçılarını, Baş nazirləri, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir.
Koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq Yüksək Səviyyəli Həftə sanitar məhdudiyyətlər olmadan keçirilir. İştirakçılardan bütün tədbirlərdə şəxsən çıxış etmələri tələb olunur, videomüraciətlərə icazə verilmir.
Qeyd edək ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
İsveçdə məsciddə güclü yanğın baş verib
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb