×
A
A
A
Sazlamalar

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 polis əməkdaşı həyatını itirib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

 

Cəmiyyət 2023-09-19 01:40:00