İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Roma, 19 sentyabr, AZƏRTAC
İtaliyada ictimai nəqliyyatda milli tətil elan edilməsi qərara alınıb.
AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil edirlər. Buna səbəb kimi nəqliyyat sektorunda çalışan işçilərin əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılmaması göstərilir.
Paytaxt Romada metronun 5 stansiyası bağlanıb. Tətil böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib, Milan, Venesiya, Potenza, Materada ictimai nəqliyyatda fasilələr yaranıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
İsveçdə məsciddə güclü yanğın baş verib
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb