Milli Musiqi Günü ilə əlaqədar Albaniya radiosunda geniş veriliş yayımlanıb
Tirana, 19 sentyabr, AZƏRTAC
Milli Musiqi Günü ilə əlaqədar Albaniya radiosunda geniş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, 26 dəqiqəlik verilişdə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və Milli Musiqi Günü barədə alban dilində geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycanda Milli Musiqi Günü hər il sentyabrın 18-də qeyd olunur. Musiqi bayramı görkəmli bəstəkar, Azərbaycan klassik musiqi sənətinin və operasının banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr edilib. Diqqətə çatdırılıb ki, dahi bəstəkarın doğum gününün bayram kimi qeyd olunması ənənəsi hələ sovet dövründə qoyulsa da, 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə rəsmi olaraq Milli Musiqi Günü kimi tanınıb.
Verilişdə, həmçinin dahi bəstəkar Ü.Hacıbəylinin əsərləri səsləndirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tirana
“Universal Pictures” İlon Mask haqqında filmin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib
Azərbaycan incəsənət ustaları Polşada Musiqi Festivalında iştirak ediblər
Kino Agentliyi film layihələri müsabiqəsinin birinci mərhələsinə yekun vurub