Türkiyə Prezidenti Ərdoğan Nyu-Yorkda Qlobal Sıfır Tullantı Bəyannaməsini imzalayıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türk Evində “Qlobal Sıfır Tullantıya Doğru” tədbiri çərçivəsində imza mərasimi keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qlobal Sıfır Tullantı Hərəkatında fərdi iştirakın təmin edilməsi məqsədilə imza üçün onlayn formatda açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan ilk şəxs olaraq sıfır tullantı könüllüsü olub.
Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə hazırladığı reklam lövhəsini də imzalayıb.
Venesiyada avtobus yerüstü keçiddən aşıb, 21 ölü, 12 yaralı - YENİLƏNİB
Taylandda 4 minə yaxın ev daşqınlardan zərər çəkib
Dövlət Dumasının sədri Ermənistanın Roma statutunu qəbul etməsini strateji səhv adlandırıb
ABŞ-ın ən varlı vətəndaşlarının siyahısına İlon Mask başçılıq edir
Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayışda 37 nəfər ölüb