Maqomedxan Maqomedov: Hədəfim Avropa çempionatında və Olimpiadada uğur qazanmaqdır
Bakı, 18 sentyabr, AZƏRTAC
Neçə ildir məşq edirdik, hazırlaşırdıq. Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələrək “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kiloqram) deyib.
Yarımfinalda Gibi Matçaraşvilini məğlub edən idmançı gürcüstanlı rəqibindən revanş aldığını bildirib: “Bu gün Allah bizim tərəfimizdə idi. Daha əvvəl Gürcüstan güləşçisinə iki dəfə məğlub olmuşdum. Burada revanş aldım.
Finaldakı rəqibi Axmed Tajudinov (Bəhreyn) barədə də danışan Maqomedxan Maqomedov əlavə edib: “Hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşid Sadullayevi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi, yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı”.
Güləşçimiz bütün idmançıların arzusunun Olimpiya çempionluğu olduğunu vurğulayaraq bildirib: “Biz də buna çalışacağıq. Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.
Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub
Fərid Qayıbov Lənkəranda Regional Boks Mərkəzinin vəziyyəti ilə tanış olub
Azərbaycan güləşçisi: Qələbəmi Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm - MÜSAHİBƏ
“Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb
Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb