Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 142 yoluxma faktı qeydə alınıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 11-dən 17-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 142 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 832 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 131 nəfər müalicə olunaraq sağalıb, 10 min 302 nəfər vəfat edib. Aktiv xəstə sayı 147 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 12, bu günə qədər isə ümumilikdə 7 milyon 680 min 488 test icra olunub.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib
Ukrayna Milli Vəkillər Kollegiyası ilə əməkdaşlıq daha da gücləndirilir
Zərərvericilərin qışlama yerlərini maksimum azaltmaq üçün tikililərdə təmizləmə işləri aparılmalıdır
Rumıniya qəzetində Türk dövlətlərinin əməkdaşlığı barədə məqalə dərc olunub
Türkiyənin rəsmi şəxslərinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib