İranın sabiq Prezidentinə qarşı sanksiya tətbiq olunub
Bakı, 18 sentyabr AZƏRTAC
ABŞ İranın sabiq Prezidenti Mahmud Əhmədinejada və Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ Prezidenti Cozef Baydenin mətbuat nümayəndələri verib. Prezident C.Bayden bildirib: “Biz sanksiyalar siyasətini davam etdirərək İranın regionda hərəkət etməsinə imkan verməyəcəyik”.
İran mətbuatı isə qeyd edir ki, sabiq Prezident M.Əhmədinejadın nəinki Amerikada, heç İranda da əmlakı yoxdur. O, Tehranın qədim məhəlləsində atasından qalan evdə yaşayır və prezident təqaüdü alır. Mətbuat ABŞ-ın bu qərarını çox gülməli adlandırıb.
Xatırladaq ki, ABŞ-da dərc olunan “Fobers” jurnalı 2013-cü ildə apardığı araşdırmaya əsasən İran Prezidenti M.Əhmədinejadın dünyanın ən kasıb prezidenti olduğunu qeyd etmişdi.
İsveçdə məsciddə güclü yanğın baş verib
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb