Milli Musiqi Günü Ağdamda qeyd olunub
Ağdam, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə keçirilən konsert proqramında əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağdam Musiqi Kollecinin direktoru, respublikanın Əməkdar artisti Fehruz Səxavət dahi bəstəkarın zəngin həyat və yaradıcılığından bəhs edib, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə daim qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur. Bu gün bu ənənə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Təqdim olunan rəngarəng musiqi nümunələri maraqla qarşılanıb.
Tovuz arıçıları: Hələ ki, “tropi” paraziti müşahidə edilmir - REPORTAJ VİDEO
Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədə-baba yurduma qayıdacağam
Cəbrayılda daha 34 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıb
Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir