Sahibkarlarla növbəti görüş Balakəndə keçiriləcək
Bakı, 18 sentyabr, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 20-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Şirvanda şəhid ailələri ziyarət olunub
Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralananlara tibbi yardım göndərilib FOTO VİDEO
Cəlilabadda ağır yol qəzasında sürücü ölüb