Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, nəticədə avtomobildəki sərnişin, 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Qubada dörd nəfərdən ibarət dəstə üzvləri saxlanılıb
“Gender Hub Azərbaycan” təşkilatı “CAREC Gender Bərabərliyi” mükafatının qalibi olub
Siqaret çəkmə ilə psixi pozuntular arasında əlaqə aşkarlanıb
Bakının hansı yollarında sıxlıq müşahidə olunur? SİYAHI
İqlimşünaslar qışın rekord dərəcədə isti keçəcəyini proqnozlaşdırırlar