Azərbaycanlı qadın hərbçi BMT tərəfindən təltif olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə bildirib.
“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.
Paytaxt havasında dəm qazı, Sumqayıtda isə azot-4 oksidin miqdarı normadan çox olub
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başlayıb
Dekabrın 8-də Şahdağ Milli Parkında “Açıq qapı” günü keçiriləcək
ABŞ-ın bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub