×
A
A
A
Sazlamalar

Milli Qəhrəmanın bacısı: Biz Xankəndiyə həm də Ağdam-Əsgəran yolu ilə getmək istəyirik

Bakı, 14 sentyabr, AZƏRTAC

Biz Xankəndiyə Zəfər yolundan əlavə, həm də Ağdam-Əsgəran yolu ilə də getmək istəyirik.
Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Kərkicahanda və digər yerlərdə Azərbaycan Bayrağının dalğalanmasını istəyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova söyləyib.
O, həmçinin deyib: "Qarabağda yaşamaq istəyənlər orada qala, əks təqdirdə, ərazilərimizdən çıxıb gedə bilərlər. Çünki Qarabağ bizimdir və biz o torpaqlarda yaşamalıyıq. İnanırıq ki, bütün məcburi köçkünlər öz yurdlarına geri dönəcəklər".

Cəmiyyət 2023-09-14 22:04:00