Azərbaycan və Türkmənistan Baş prokurorluqları arasında əməkdaşlıq gələcəkdə daha da möhkəmləndiriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan Baş prokuror Türkmənistanın bizim üçün yaxın dost ölkə olduğunu qeyd edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini və möhkəm qarşılıqlı əlaqələr qurduğunu diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Allanazar Nyazlıyev qonaqpərvərliyə, səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov da iştirak ediblər.
Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək
Qızılca əleyhinə peyvəndlərin tətbiqindən sonra ölüm halları 85 faiz azalıb
Masallıda fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb
Sumqayıtda maarifləndirici tədbir: “Həyatın əsas dəyəri həyatdır”
MDB-nin iştirakçı dövlətlərində bitki karantini üzrə Koordinasiya Şurasının iclası keçirilib