×
A
A
A
Sazlamalar

Qubadlı və Zəngilanda aşkarlanan cəsəd qalıqları Ermənistanın cəzalandırılması üçün ciddi əsasdır

Bakı, 14 sentyabr, AZƏRTAC

Hərbi Prokurorluğun araşdırmaları erməni faşizminin xalqımıza qarşı yeni soyqırımı cinayətlərini üzə çıxarıb.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist Seymur Əliyev bildirib.
O qeyd edib ki, Hərbi Prokurorluğun Qubadlı və Zəngilanda tapılan meyit qalıqları ilə bağlı apardığı araşdırmalar ermənilərin soyqırımı cinayətləri ilə bağlı tamamilə yeni və təkzibolunmaz faktlar üzə çıxarıb: “Qubadlı və Zəngilanda aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində Birinci Qarabağ müharibəsi dövründə soydaşlarımızın ermənilər tərəfindən amansız işgəncələrə məruz qaldığı, vəhşicəsinə qətlə yetirildiyi əksini tapıb. Hərbi Prokurorluğun apardığı araşdırmalar nəticəsində məlum olub ki, işğal edilmiş bütün rayonlarımızda olduğu kimi, Qubadlı və Zəngilanda da ermənilər xalqımıza qarşı dəhşətli soyqırımları, insanlıq əleyhinə cinayətlər törədiblər. Bu faktlar Ermənistanın beynəlxalq qanun və konvensiyalar əsasında cəzalandırılması üçün ciddi əsasdır. Son araşdırmalar nəticəsində ortaya çıxan faktlar bir daha göstərir ki, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti vaxtilə işğal altında saxladığı bütün rayonları əhatə edib və irimiqyaslı olub.
Ermənistanın beynəlxalq aləmdə ifşası və onun məsuliyyətə cəlb olunması üçün Hərbi Prokurorluğun ortaya qoyduğu hər bir faktdan yararlanmalı, erməni faşizminin qurbanı olan hər bir soydaşımıza görə İrəvanın qanun və ədalət qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunmalıdır”.

Cəmiyyət 2023-09-14 20:04:00