Mətbuat Şurası ilə Türk Dünyası Jurnalistlər Federasiyası əməkdaşlıq edəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası ilə Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, daha əvvəl imzalanmış sənədin oxşarı olan protokolu hər iki qurumun rəhbərləri Rəşad Məcid və Menderes Dəmir imzalayıblar.
Bununla bağlı keçirilmiş tədbirdə qarşılıqlı işbirliyinə verilən önəmdən söz açılıb. R.Məcid və M.Dəmir mövcud istiqamətdə fikirlərini söyləyərək, əməkdaşlıq konturlarının davamının konkret sənəddə əksini tapmasından, ənənəyə çevrilməsindən danışıblar.
Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də fikirlərini bölüşüb, əməkdaşlıq protokolunun uğurlu nəticələr verəcəyinə inandığını deyib.
İmzalanmış sənəddə Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü olan Türk dünyası sənədli film festivalı və yarışmasına, sənət simpoziumuna, həmçinin qısa filmlər festivalına zəruri media dəstəyinin göstərilməsi, bununla əlaqədar müştərək fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.
BMT, ÜST və UNESCO Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müraciət yayıblar
Bu il ölkədə 792 nəfər İİV-ə yoluxub
Astarada yeniyetmə və gənclərə narkomaniyanın sağlamlığa zərərli təsiri barədə məlumat verilib