“Fövqəladə hallar könüllüləri” proqramının müsahibə mərhələsi başlanılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramına start verilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 12-dən proqramda könüllü iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.
Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, fiziki göstəriciləri, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünyagörüşü və fövqəladə hallar sahəsinə olan maraqları qiymətləndirilib.
Beş yüzdən çox könüllü ilə müsahibə başa çatandan sonra həmin mərhələni uğurla keçən 150 nəfər nazirliyinin mütəxəssisləri tərəfindən fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, indiyədək ölkəmizdə reallaşan könüllülük proqramları çərçivəsində ilk dəfə olaraq “Fövqəladə Hallar Könüllüləri” Proqramının iştirakçılarının sağlamlığı layihənin sığorta tərəfdaşı olan AZSIĞORTA ASC tərəfindən sığortalanacaq.
Müsabiqənin yekununda “Fövqəladə Hallar Könüllüləri” Proqramını uğurla başa vuran könüllülər iştirakçı sertifikatı ilə təmin olunacaqlar.
Proqram çərçivəsində könüllülərin müxtəlif istiqamətlər üzrə (tədbirlərdə fəaliyyət, yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, axtarış-xilasetmə, ilk yardım, ilkin psixoloji yardım, humanitar yardım və s.) qruplara bölünərək fəaliyyət göstərməyi nəzərdə tutulub.
ABŞ-ın bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək
Qızılca əleyhinə peyvəndlərin tətbiqindən sonra ölüm halları 85 faiz azalıb
Masallıda fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb
Sumqayıtda maarifləndirici tədbir: “Həyatın əsas dəyəri həyatdır”