Dövlət Məşğulluq Agentliyinin yeni beynəlxalq uğuru
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası Dövlət Məşğulluq Agentliyini innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin növbəti beynəlxalq uğuru olaraq, agentlik Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edilib. https://wapes.org/wp-content/uploads/2023/09/PES-Strategy-Survey-2023-EN.pdf
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə WAPES-in “Dövlət Məşğulluq Xidmətləri üçün strategiyalar və çətinliklər” adlı sorğunun nəticələrinə dair hazırladığı hesabatda məlumat verilir. Sorğuda müxtəlif ölkələrdən 38 Dövlət Məşğulluq Xidməti əhatə olunub.
Hesabatda Dövlət Məşğulluq Agentliyinin apardığı islahatlar barədə geniş məlumat əks olunub. Agentlik 2022-ci ildə trendlər və innovativ tədbirlər həyata keçirmiş Məşğulluq Xidmətləri siyahısında yer alıb və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ötən ilin mühüm innovativ yeniliyi kimi qeyd edilib.
ƏMAS-ın və qurumun Fərdi Məşğulluq Proqramının əhəmiyyəti və tətbiqi işlərindən bəhs olunub. Həmçinin agentliyin fəaliyyətində həssas qruplardan olan şəxslərin və qadınların əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsinin əsas istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.
Cari ildə QİÇS-lə mübarizə ilə bağlı 100-ə yaxın orta məktəbdə maarifləndirici tədbirlər keçirilib
Famil Məmmədov: Cari il ərzində ölkədə İİV-ə yoluxan 710 nəfərin müalicəsinə başlanılıb
Ölkədə İİV-ə yoluxma səbəbinin 33,7 faizi inyeksion narkotik istifadəsidir
FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub, 3 nəfər xilas olunub
Əlilliyi olan şəxslərin məşğulluğunda müəyyən çətinliklər var